Azərbaycanda müəllim “Son zəng” zamanı öldü

azerbaycanda-muellim-son-zeng-zamani-oldu
Oxunma sayı: 7223

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
 
Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.