Azərbaycanda müğənniyə haker hücumu oldu

azerbaycanda-mugenniye-haker-hucumu-oldu-
Oxunma sayı: 1729


“Qafqazinfo”nun məlumatına görə, müğənni “Aysan gecələrim” adlı mahnısına klip çəkdirib və yeni işini təqdimat etmək qərarına gəlib. Klipini internet istifadəçilərinin ixtiyarına keyfiyyətli şəkildə buraxılması nəzərdə tutulduğu halda kimsə müğənninin planlarını alt-üst edib və klip hakerlər tərəfindən saytlara yerləşdirilib. 

“ Klip dünən gecə hansısa haker tərəfindən əlaqəmiz olmayan saytlara yerləşdirilib. Özü də elə şəkildə edilib ki, heç bir sayt rəhbərliyinin və əməkdaşların bundan xəbəri yoxdur. Səhər açılan zaman mətbuat katibimə narazılıqda dolu zənglər gəldi. Bizi ittiham etməyə başladılar. Ancaq özümüz də bilmirik ki, bunu kim və nəyə görə edib. Xəbər keyfiyyətsiz şəkildə yayılıb. Bilmirəm bunu kim və niyə edib. Əslində çox maraqlı addımdır. Bilmirsən edən sənin düşmənindir, yoxsa səni çox istəyən adam. Hər kim idisə planlarımı alt-üst etdi”-, deyə müğənni baş verən anlaşılmazlığa münasibət bildirib.

Onu da bildirək ki, söz və musiqisi Nurlan Təhməzliyə məxsus “Aysan gecələrimdə” adlı mahnıya çəkilən klipin rejissoru Rəhman Əliyevdir.