Azərbaycanda narkomanlar daha çox tiryək və heroindən zəhərlənir

Azərbaycanda narkomanlar daha çox tiryək və heroindən zəhərlənir
Oxunma sayı: 741

Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən, 4,8 faizi spirtdən zəhərlənib.

İ.Əfəndiyev deyib ki, dərmanların tərkibində olan narkotik maddələrdən zəhərlənmələr olmur.

Baş toksikoloq qeyd edib ki, başqa narkotiklər - amfetamin, kokain, yeni "dizayner narkotik"lər Avropa ölkələri, hətta Rusiya üçün aktual problemdir. Amma bu narkotiklər Azərbaycana az sayda gətirildiyinə görə bunlardan zəhərlənmələr çox qeydə alınmır: "Ola bilsin ki, “dizayner narkotik"lərdən zəhərlənmə olub, amma bizə hələ belə xəstə gətirilməyib”.

Həkim əlavə edib ki, Azərbaycanda narkotiklərdən zəhərlənənlər yalnız kişilər olur. Belə zəhərlənmələr daha çox cavan və orta yaşlı kişilər arasında baş verir.

İ.Əfəndiyev qeyd edib ki, bir çox ölkələrin yeniyetmələri üçün xarakterik olan asılılıq - yapışqanların iylənilməsi ilə baş verən toksikomaniya Azərbaycan üçün xarakterik deyil: “Küçələrdə yaşayan kimsəsiz uşaqlar, qaraçı uşaqlar arasında belə zəhərlənmələr olur, amma il ərzində bu xəstələr xəstəxanaya olduqca az müraciət edirlər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi