Azərbaycanda partlayıcı istehsal edən zavod tikiləcək

azerbaycanda-partlayici-istehsal-eden-zavod-tikilecek
Oxunma sayı: 652

.Bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Yavər Camalov bildirib. Camalov qeyd edib ki, il ərzində istehsal olunan müdafiə təyinatlı məhsullar 228 çeşid artıb.

O, həmçinin bildirib ki, Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisi nəzərdə tutulur: “Bu məsələ 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlərdən biridir. Bu layihələr barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raketlərin, o cümlədən tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və s.-dir”.

Nazir əlavə edib ki, Müdafiə Sənayesi Nazirliyi 2012-ci ilin sonuna qədər 60 ədəd «Aerostar» və «Orbiter-2M» tipli pilotsuz uçuş aparatları təhvil verəcək. Hazırda bu istiqamətdə işlər aparılır. /Trend/