Azərbaycanda Peyk İdarəetmə Mərkəzi tikilir

azerbaycanda-peyk-idareetme-merkezi-tikilir
Oxunma sayı: 742

ANS PRESS-in Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, nazir Əli Abbasov Orbital Sciences şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın Telesat şirkətinin nümayəndələri ilə birlikdə ƏYPİM-in inşaat ərazisinə baş çəkib və mərkəzin tikinti prosesi ilə yaxından tanış olub.

Hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.