Azərbaycandan hər il 9 milyard pul çıxarılıb - Şok hesabat

azerbaycandan-her-il-9-milyard-pul-cixarilib-
Oxunma sayı: 10286

ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb. Siyahıda 148 ölkənin adı var.

İlk sıralarda isə Çin 139,228 milyard dollarla, Rusiya isə 104,977 milyard dollarla dayanır.

2004-2013-ci illər arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ölkələr bu illər ərzində 7.8 trilyon dollar pul itirib. Təkcə 2013-cü ildə inkişaf etmiş və inkişafda olan ölkələrdən 1,1 trilyon dollar qanunsuz yollarla pul çıxarılıb. Qanunsuz sərmayə çıxışları vergidən yayınma, cinayət, korrupsiya və digər qanunsuz fəaliyyət növləri ilə bağlıdır.
Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir.

Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Qanunsuz maliyyə axını ən çox İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirilir.

 

Ölkədən çıxarılan pullar: İllər üzrə