Azərbaycandan Türkiyə şirkətlərinə “Eurivision-2012” ərəfəsində əla imkan

azerbaycandan-turkiye-sirketlerine-eurivision-2012-erefesinde-ela-imkan-
Oxunma sayı: 649

Bundan başqa, Türkiyə Respublikası sərgi stendini nəzərəçarpacaq dərəcədə (110 m2) artırıb və bu, ötən il ilə müqayisədə 20% çoxdur.

“AITF” layihəsinin rəhbəri Xəyal Əliyev bildirib ki, bu sərgi sayəsində Türkiyəli turoperatorlar öz turizm potensiallarını nümayiş etdirmək və həmkarları ilə işgüzar əlaqələr yaratmaq üçün çox gözəl imkan qazanacaqlar.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm məsələləri üzrə müşaviri Nizami Musayev isə qeyd edib ki, bu sərgi Azərbaycanda turizm mövsümünü açır və “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Türkiyənin turizm üzrə bütün tərəf və istiqamətlərinin ən səmərəli nümayişi üçün əla bir meydança olacaq.

“AITF-2012” sərgisi 2012-ci il aprel ayının 12-dən 14-dək “Bak Expo” Sərgi Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Böyük Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.

Nigar Məmmədli