Azərbaycanın iyulda gündəlik neft hasilatı nə qədər olub?

azerbaycanin-iyulda-gundelik-neft-hasilati-ne-qeder-olub
Oxunma sayı: 3572

Energetika Nazirliyi iyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanda iyul ərzində gündəlik neft hasilatı 773 min barrel olub. Bunun 728 min barrelini xam neft, 45 min barrelini kondensat təşkil edib. Gündəlik 591 min barrel xam neft, 45 min barrel kondensat, 28,8 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında isə 792 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.