Azərbaycanın sabiq naziri həbs olundu - - Yenilənib

azerbaycanin-sabiq-naziri-hebs-olundu-
Oxunma sayı: 5356


Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub.

Bu barədə məlumat verən mənbə virtualaz.org-a açıqlamasında deyib ki, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.

Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.

Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.

***

Vəkil Elton Quliyev virtualaz.org saytına açıqlamasında deyib ki, Abşeron Rayon Məhkəməsi bu gün həbs olunan sabiq nazir Nicat Quliyev barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in təcridxanasında saxlanılır.

Sabiq nazir rəsmən qeyri-qanuni şəkildə silah-sursat saxlamaqda ittiham olunur.