Azərbaycanlı futbolçu “Qaziantepspor”da

azerbaycanli-futbolcu-qaziantepsporda-
Oxunma sayı: 652

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, hazırda Türkiyənin “Denizlispor” klubunda çıxış edən həmvətənimiz bu ölkənin digər klublarından birinə keçməyə hazırlaşır. “Qaziantepspor” komandası yığmamızın müdafiəçisini diqqət mərkəzində saxlayır. Mümkündür ki, qışda bu klubun rəhbərliyi “Denizlispor”la danışıqlara başlasın.

R.Məlikov hazırkı klubunda bir qayda olaraq əsas heyətdə meydana çıxır. Lakin həmvətənimiz daha güclü klublardan birinə keçməkdə maraqlıdır. “Qaziantepspor”un Super Liqada çıxış etməsi bu baxımdan futbolçumuz üçün irəliyə addım kimi dəyərləndirilə bilər. “Denizlispor” onun transferinə görə bir milyon ABŞ dolları tələb edir.