Azərbaycanlı gənc Varşavada

azerbaycanli-genc-varsavada
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, forum iyulun 6-dan 8–dək Avropa Birliyi Şərq tərəfdaşlığı proqramı çərçivəsində keçirilir. A. Xəlilovun verdiyi məlumata görə, forumda gənclərin daha aktiv təmsil olunduqları bir çox sahələr üzrə - təhsil, mədəniyyət, Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı üzrə ölkələrin iştirak səviyyəsi və s. müzakirələr aparılır: “Belə ki, bu gün Şərq Tərəfdaşlığı ölkələrindən Avropanın ali təhsil ocaqlarında ən çox təhsil alan Azərbaycan tələbələridir. Bu isə ölkədə gənclərin Avropaya inteqrasiyasının ilkin müsbət nəticələrindən biri kimi dəyərləndirilə bilər”.

Xatırladaq ki, Forum öncəsi hazırlıq may ayında Avropa Birliyi tərəfindən Moldovanın paytaxtı Kişnovda keçirilib.

Fatimə Kərimli