Azərbaycanlı iş adamına şok cəza - - 18,5 milyon

azerbaycanli-is-adamina-sok-ceza-
Oxunma sayı: 3875


AzVision.az-ın məlumatına görə, buna səbəb “Lukoyl” şirkətinin Rusiya Federasiyasının Komi Muxtar Respublikasında gördüyü işlər zamanı əraziyə neft sızdırması olub.

Ətraf mühitə vurduğu ziyana görə, məhkəmə V.Ələkbərovun şirkətini 614 milyon rubl (18.5 milyon dollar) cəzalandırılıb. 

“Greenpeace” təşkilatın Rusiyadakı təmsilçiliyinin açıqlamasına görə, V.Ələkbərovun şirkətinin ödəyəcəyi cəza sovet dövründən bəri məhkəmənin qərarı ilə kəsilən ən yüksək məbləğdir.

Eyni zamanda “Lukoyl” neft şirkətinə Komi Muxtar Respublikasının meşə komissiyası da 96 milyon rubl (3 milyon dollar) əlavə cəza kəsib. 

Məhkəmənin qərarında bildirilir ki, şirkət 2011-ci ildən bu günə qədər 9 ayrı bölgədə ətraf mühit qaydalarına tabe olmur və benzin sızdırır. Ümumiyyətlə çirkləndirən ərazi 21 hektara yaxındır. Məhkəmənin qərarı ilə bağlı açıqlama verməyən “Lukoyl” şirkətinin yenidən məhkəməyə müraciət edəcəyi gözlənilir.