Azərbaycanlı nazirin saat bağışladığı modelyerin şok – Fotosu

azerbaycanli-nazirin-saat-bagisladigi-modelyerin-sok-fotosu
Oxunma sayı: 900

Tanınmış türkiyəli modelyer Barbaros Şansal sosial şəbəkədə elə bir foto paylaşıb ki, bütün Türkiyə ondan danışır. “Qafqazinfo”nun məlumatına görə, Barbaros Şansal Tvitter hesabında kişi ilə öpüşdüyü şəkli paylaşıb. Birmənalı qarşılanmayan fotonu izləyicilər mesaj yağışına tutublar. Məşhur model isə cavab olaraq bunu yazıb: “Eşqin misli keçmiş halı :) İzmir məsəli”

Qeyd edək ki, bir neçə həftə əvvəl sözügedən modelyerin adı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla hallandı. Belə ki, Barbaros Şansal “Star” kanalında yayımlanan “Alişan və Sevcan” verilişində qolundakı bahalı saatı Azərbaycanın xarici işlər nazirinin ona hədiyyə verdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi məlumatı təkzib edib.