Azərbaycanlı qız Türkiyədə fenomenə çevirildi

azerbaycanli-qiz-turkiyede-fenomene-cevirildi
Oxunma sayı: 4706

Azərbaycanlı gənc ifaçı Nahidə Babaşlı Türkiyədə fenomenə çevirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, o, bir neçə il bundan əvvəl dünyasını dəyişən Murad Göğebakanın “Ay yüzlüm” mahnısını oxuyub. 

Nahidənin 5 gün əvvəl “Youtube” səhifəsinə qoyduğu bəstəni 1 milyon 240 mindən çox insan dinləyib, 3 minə yaxın şərh yazılıb. 

Bundan əlavə, Babaşlının instaqram səhifəsində həmin ifaya 230 min insan baxıb, 1500-dən artıq rəy bildirilib.