Azərbaycanlı “terrorçu”lar Yunanıstanda

azerbaycanli-terrorcular-yunanistanda
Oxunma sayı: 1673


Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis dünən DHKP-C üzvü olan 4 Türkiyə vətəndaşını saxlayıb. Afinanın Gizi və Kipseli səmtlərindəki 2 mənzilə edilən basqın zamanı xeyli sayda silah və partlayıcı maddə, Afina və Türkiyə xəritələri, DHKP-C-yə aid sənəd və fotoşəkillər ələ keçirilib. Adları açıqlanmayan 4 Türkiyə  vətəndaşının özlərini qonşularına “azərbaycanlı rəngsazlar” kimi təqdim etdiklərini xəbər verilir. Onlardan birinin də Türkiyədə cinayət törətdiyi deyilir.

Ötən həftənin şənbə günü  isə Kritdə Türkiyənin İnterpoldan “qırmızı bülleten” ilə axtarışa verdiyi 44 yaşlı bir qadın terrorçu tutulmuşdu.