Azərbaycanlıya görə 3 min bayker etiraz etdi - - Video

azerbaycanliya-gore-3-min-bayker-etiraz-etdi-
Oxunma sayı: 3407


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 3 min baykerin imzaladığı petisiya regionun qubernatoru, Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinə və bölgə prokurorluğuna təqdim olunub. 

Qeyd edək ki, 47 yaşlı Leonid Frolovun ölümündə təqsirli bilinən Bəxtiyar Əliyevə iyul ayında məhkəmənin hökmü ilə bir il həbs cəzası verilmişdi. O, həbs müddətinin böyük bir hissəsini istintaq təcridxanasınd keçirdiyi üçün sentyabrın 19-da azadlığa buraxılacaq. 

Xatırladaq ki, hadisə “Merkuri” bazarında ötən ilin iyununda baş vermişdi. Bəxtiyar Əliyev mübahisə zəminində baykerin üzünə zərbə endirmiş, Frolos aldığı zərbədən huşunu itirərək qapalı kəllə-peyin tvamasından dünyasını dəyişmişdi. Polis azərbaycanlını ancaq 2 ay sonra baykerlərin  aksiyasından sonra tutmuşdu.