Azercell Azərbaycanda internet məkanının inkişafına şərait yaradır

azercell-azerbaycanda-internet-mekaninin-inkisafina-serait-yaradir
Oxunma sayı: 851


Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli oldu. Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən Milli İnternet Mükafatı müsabiqəsində 12 nominasiya üzrə 300-dən çox sayt yarışıb.

“Azercell Telekom” MMC-nin artıq 5-ci ildir ki, baş sponsoru olduğu bu mükafata bu il 401 sayt təqdim edilib, lakin onların sırasından qaydalara uyğun olan 319 sayt səsverməyə çıxarılıb. Korporativ, ictimai, media, mədəniyyət və turizm, ailə və uşaq, elm və təhsil, idman və əyləncə üzrə ən yaxşıların adları səsləndirilib. Həmçinin dövlət orqanı, bələdiyyə, xidmət sahəsində, sosial şəbəkədəki ən yaxşı səhifələr və bloqlar da mükafatlandırılıb.

Qeyd edək ki, MilliNet müsabiqəsinin qaliblərinin seçimi AİF tərəfindən tərtib edilmiş 15 nəfərdən ibarət müsabiqə komissiyası tərəfindən Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə müəyyənləşdirilib. Təqdimat mərasiminin www.Millinet.org saytı vasitəsilə canlı yayımlanıb.

Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunub. 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin fərqlənənlərə diplomlarla yanaşı, “Azercell Telekom” MMC tərəfindən də hədiyyələr təqdim olunub.

MilliNet-in məqsədi Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarını üzə çıxartmaq, təbliğ etməkdir. “Azercell Telekom” MMC Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirilməsinə yardım edən, milli İnternet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib. Qeyd edək ki, son 2 ildə Azercell Telekom-un mobil internet istifadəçilərinin sayı 50%, şirkətin yalnız 2013-cü il üçün informasiya trafikinin istifadəsi isə 120% artmışdır. Bu, operatorun rabitənin gücləndirilməsinə istiqamətlənmiş 3G/4G kimi ən yeni texnologiyaların, genişzolaqlı internet şəbəkəsinin tətbiqi, həmçinin, bütün abunəçilər üçün sərfəli tarif paketlərinin təqdim olunması kimi intensiv fəaliyyətin nəticəsində mümkün olmuşdur.