Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

azercell-den-hedsiz-internetle-ve-ilkin-odenissiz-iphone8-elde-et
Oxunma sayı: 2176

iPhone 8 və iPhone 8 Plus cihazlarınınAzərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. Beləliklə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və30 GB həcmində “Hədsiz”İnternet paketini əldə edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, 20-26 oktyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar. 

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 20-26 oktyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 27 oktyabr-3 noyabr tarixlərində isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur. 

Qeyd etmək lazımdır ki, iPhone 8 və iPhone 8 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.