“Azercell” yeni kampaniyaya başladı

azercell-yeni-kampaniyaya-basladi
Oxunma sayı: 654

Azercell Telekom MMC-nin mətbuat xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, Fakturalı Xətt abunəçiləri ilkin ödəniş cəmi 39 AZN ödəməklə Huawei markalı smartfon telefonlarını əldə edə bilərlər. Sonrakı 12 aylıq faktura dövrü ərzində Azercell abunəçiləri ayda 15 AZN ödəmə aparacaqlar. Kampaniyanın şərtlərinə əsasən Huawei markalı telefonları əldə edən abunəçilərə 12 tam ardıcıl faktura dövründə ayliq 15 AZN qarşılıgında 150 şəbəkədaxili dəqiqə, 150 şəbəkədaxili SMS və 150 MB GPRS traffik hədiyyə ediləcək. Sözügedən kampaniyada abunəçi dəqiqə və SMS limitlərini aşdığı halda xidmət haqqı abunəçinin aid olduğu tarif paketinə uyğun tutulacaq. Verilmiş paket daxilindəki İnternet limitini aşdığı təqdirdə isə xidmət haqqı 1 MB = 0.04 qəpik olacaq. Azercell tərərfindən hədiyyə edilən ayliq bonusun istifadə müddəti isə 1 faktura dövrüdür. Onu da qeyd edək ki, kampaniyaya yalnız "Biznes200", "Bizimkilər" və "HərYerə" tarif paketlərində olan abunəçilər qoşula bilərlər. Aylıq Data Paketlərinə qoşulmuş abunəçilər bu kampaniyaya qoşula bilməyəcəklər. Bu kampaniyaya qoşulmaq üçün abunələr bu Data Paketlərdən imtina eləməli olacaqlar. Məlumat üçün bildirəkl ki, abunəçi kampaniyaya qoşulmaq üçün Azercell Ekspres ofislərindən birinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir.

Qeyd edək ki, Azercell ilin sonuna qədər abunəçilərini yeni və sərfəli kampaniyalar ilə sevindirmək niyyətindədir.