“Azerenerji” istismar səviyyəsini yüksəldir

azerenerji-istismar-seviyyesini-yukseldir
Oxunma sayı: 635

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Samux EŞ üzrə qış mövsümünə hazırlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 110 kV-lik “İstilik” yarımstansiyasından çıxan 10 kV-lik “Qovlarsarı”, “Vinzavod”, 35 kV-lik “Qarayeri” yarımstansiyasından çıxan “Kolayır” və eyni gərginlikli “Ləki” yarımstansiyasından çıxan “Kombinat-Lək” hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 700 metrə yaxın xətdə əsaslı təmir işləri görülüb.
Daşkəsən EŞ-də də qış mövsümünə hazırlıq işləri davam edir, istehlak edilmiş elektrik enerji haqlarının tam ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, “Kobalt”, “Bayan”, “Xoşbulaq” hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 780 metr xətdə əsaslı təmir işləri görülüb.

Ağstafa EŞ-də isə “Poylu” və “Dağkəsəmən” hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 250 metrə yaxın xətdə əsaslı təmir işləri görülüb.

Nigar Məmmədli