“Azeri Light” 68, “Brent” 65 dollara düşdü - Kəskin ucuzlaşma

azeri-light-68-brent-65-dollara-dusdu
Oxunma sayı: 1328

Dünya birjalarında neftin qiymətində müşahidə olunan kəskin ucuzlaşma davam edir. 

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 7,728 faiz ucuzlaşaraq barreli 65,09 dollara düşüb. 

WTI markalı neft 8,471 faiz ucuzlaşaraq barreli 55,25 dollardan satılıb. 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 3,95 dollar ucuzlaşaraq 68,20 dollar təşkil edib.