“Azərsu” abunəçilərini xəbərdar etdi

azersu-abunecilerini-xeberdar-etdi
Oxunma sayı: 644

Bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, onlara müraciət edən nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və ya digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahəsini məlumatlandırsınlar.

Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.
“Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal Sahələrinə məlumat versinlər.

Nigar Məmmədli

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi 429-62-96
Suraxanı Sukanal sahəsi 477-73-12; 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13; 554-95-37; 554-95-38
Nizami Sukanal sahəsi 570-15-60; 375-59-34; 375-54-61
Nəsimi Sukanal sahəsi 498-00-85; 498-00-89; 493-55-61
Səbail Sukanal sahəsi 492-44-47; 492-07-34
Yasamal Sukanal sahəsi 432-64-74; 432-01-34; 511-24-09
Xətai Sukanal sahəsi 379-20-86; 372-00-20; 371-65-36
Nərimanov Sukanal sahəsi 561-16-63; 562-48-74; 555-13-68
Binəqədi Sukanal sahəsi 562-25-54; 562-89-63; 555-13-60
Qaradağ Sukanal sahəsi 445-85-10; 445-07-27; 445-85-60
Abşeron Sukanal İdarəsi 349-39-99; 342-12-57; 342-11-29
Sumqayıt Sukanal İdarəsi 4-44-41; 5-09-003

Qeyd: Vəsiqə forması əlavə olunur.