“Azərsu” iməcilik keçirdi

azersu-imecilik-kecirdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bu gün “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklər keçirilib. İməcilikdə Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib. Ağacəkmə kampaniyasında 2 mindən çox zeytun, şam və digər növ ağac əkilib, mərkəzi su anbarlarının, idarə və müəssisələrin ərazisində abadlıq işləri aparılıb. Eyni zamanda mövcud ağaclara qulluq göstərilib.

Qeyd edək ki, yaz mövsümü ilə əlaqədar “Azərsu” ASC-nin istehsalat sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri davam etdiriləcək. Bu məqsədlə aprel ayının qarşıdakı şənbə günlərində də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklərin keçirilməsi nəzərdə tutulur.