Azərsu quyu qazır

azersu-quyu-qazir
Oxunma sayı: 685

ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində geniş miqyaslı işlər həyata keçirilir. İlkin mərhələdə isə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür.

Bu istiqamətdə görülən işlər çərçivəsində Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının kənd və qəsəbələrində əhalinin suya olan tələbatını ödəmək məqsədilə “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında 23 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi rayon mərkəzləri və kəndlərdə 140 km uzunluğunda magistral və paylayıcı su xətti, 2,3 km uzunluğunda kanalizasiya xətti çəkilib. Bununla paralel olaraq yaşayış məntəqələrində ümumi tutumu 300 kubmetr olan su anbarları tikilib. Görülən işlərin nəticəsi olaraq 32 mindən artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC ölkənin 54 rayonunda bu istiqamətdə tədbirləri davam etdirir.