“Azərsu” universitetlə müqavilə bağladı

azersu-universitetle-muqavile-bagladi
Oxunma sayı: 653

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” verilən məlumata görə, müqavilə “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin inşaat mühəndisliyi üzrə kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq bu əməkdaşlığın tərəflər üçün böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərərk bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, eləcə də kəndlərdə içməli su və kanalizasiya layihələri icra olunur. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi, istifadə olunan son texnologiyaların və xarici təcrübənin mənimsənilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac yaranıb. “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından maksimum istifadə olunacaq

Tərəflər arasında razılaşmaya görə universitetin II-IV kurs tələbələri “Yay məktəbi” proqramı çərçivəsində “Azərsu” ASC-nin idarə və müəssisələrində təlimlərə cəlb olunacaq. “Azərsu” ASC-də çalışan mütəxəssislər gələcəkdə universitetdə mühazirələrə, seminarlara, imtahan komissiyaları və elmi şuralara cəlb olunacaqlar. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.