“Aztelekom”un eks-direktoru azadlığa çıxdı

aztelekomun-eks-direktoru-azadliga-cixdi
Oxunma sayı: 716

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov azadlığa buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” üzrə hökm oxunub. 

Təqsirləndirilənlərdən biri M.Məmmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Digər həbs edilən şəxslərin əmlakları müsadirə edilsə də, M.Məmmədovun adına mülk tapılmadığı üçün heç nə müsadirə edilməyib.

M.Məmmmədov dövlətə vurduğu 4,5 milyon manatlıq ziyanı ödəyib.

Murad Əhməd