AzTV iki film çəkib

aztv-iki-film-cekib-
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş filmdə onun taleyinin müxtəlif məqamları əks olunub. Filmdə şairin qoşmalarından, qəzəllərindən, müxəmməslərindən, məsnəvilərindən istifadə olunub. Çəkilişlər Qazax rayonunun Şıxlı və Salahlı kəndlərində aparılıb. Ssenari müəllifi Əhməd Oğuz, rejissoru Namiq Ağayev, operatoru Elxan Rüstəmovdur.

Siyasi portret janrında çəkilən «Tarixin izi ilə…Yaqub Mahmudov» filmi tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılıb. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb.

Ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.

Fatimə Kərimli