“Allah” yazısı böhran yaratdı

-allah-yazisi-bohran-yaratdi
Oxunma sayı: 899

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, müsəlman ölkəsi olan Malaziyada “The Star” qəzetində içərisində “Allah” kəlməsi də olan döyməsiylə fotosu yayımlanan amerikalı müğənni Erykah Badu ölkədə böhrana səbəb olub.
Həm döymənin, həm də “Allah” kəlməsinin münasib olmayan yerdə istifadə edilməsinin qadağan olunduğu ölkədə xəbəri dərc edən qəzet müsəlmanlardan üzr istəyib.