2012-nin Dövlət Büdcəsi qəbul olundu

2012-nin-dovlet-budcesi-qebul-olundu-
Oxunma sayı: 682

Azərbaycan Milli Məclisi 2012-ci il və daha sonrakı üç il üçün dövlət büdcəsi layihəsini qəbul edib. Nəticədə dövlət büdcəsinin gəlirləri 0,012 faiz, xərcləri isə 0,5 faiz artıb.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsinin layihəsi deputatların verdiyi təkliflərdən sonra ətraflı müzakirə olunub.

Büdcənin müzakirəsi zamanı kommunikasiya üçün əlavə 671 min, ehtiyatda olan hərbi qulluqçular üçün isə əlavə 1.4 mln. manatın ayrılması məqbul hesab edilib.

Bundan başqa, QHT-lərin inkişafı üçün ayrılan vəsait 1 mln. manat artırılmaqla 3.7, bələdiyyələrə verilən dotasiyalar isə 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb.

Ümumilikdə, büdcənin xərclər hissəsi 87.6 mln. manat və ya 0.5% artırılaraq 17.072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata yüksəlib. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.