Abid Şərifovla sürüşmə dialoqu

abid-serifovla-surusme-dialoqu
Oxunma sayı: 656

Amma mənə təccüblü gələn o oldu ki, burda kəşfiyyatçılığa nə ehtiyac var?

Bizə deyilən o oldu ki, 11 il əvvəl baş verən sürüşməyə paralel sürüşmə olsa da bu narahatlıq doğuran sürüşmə deyil. Hətta bir rəsmi bizə dedi ki, sürüşmə deməyin bu torpaq ÇÖKMƏSIDIR.

Ən düzgün cavabın baş nazirin müavini Abid Şərifovdan gələcəyinə inanıb soruşduq ki-
- Abid müəllim torpaq niyə sürüşüb?

Dedi ki, yuxarıda həyət evlərində yaşayan “Allah saxlamışlar” əkdikləri bostanı tez-tez suvardıqları üçün bu sürüşməyə səbəb olub. Yəni ki, su gedib suxurları oynadıb...

Abid müəllim, bizim durduğumuz yerdən 50-60 metr aralı yamacın aşağısında çoxmərtəbəli bina tikintisinin sürüşməyə səbəb olmadığına az qala and içdi.

Soruşduq ki, Abid məllim, sürüşmə olan yerdə hündürmərtəbəli binaların tikintisinə qanun yol verirmi?

O da bizdən SORUŞDU KI, harda yazılıb sürüşmə zonasında tikinti işləri aparmaq olmaz.

Biz bir söz demədik Abid müəllimi dinlədik. Dedi əgər tikinti üçün lazım olan bütün ekspertiza sənədləri varsa tikinti işləri aparmağa icazə verilir.

Yenə Abid müəllimdən soruşduq ki, aşağıda tikinti aparan şirkətə belə lisenziya verilibmi?
Dedi yox , indi başlayıblar ərazidə seysmoloji ekspertiza aparmağa...
Dedik ki, bəs bu olmadan tikinti necə aparılır?
Dedi sağ olun, mənim vaxtım yoxdur...

Ətraf səs-küy idi ucadan sual vermək istədik.
Bizi prokuror kimi davranmaqda günahlandırdı.
Dedi pis görməyimə baxmayaın, qulağım yaxşı eşidir...
Bir də bizə dedi ki, qazınızı bir az azaldın....

Bu ki “burcutma”dan, “vızıldamaq”dan yaxşıdır...

Başqa bir şey demədik, nə deyə bilərdik ki?

Dedik Siz də sağ olun Abid müəllim!

Torpaqdır, sürüşüb-sürüşüb də...