Abşeron sakini öz həyətində qətlə yetirildi

abseron-sakini-oz-heyetinde-qetle-yetirildi
Oxunma sayı: 677

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, martın 9-na keçən gecə saat 01 radələrində Qobu qəsəbəsində yaşayan 41 yaşlı Dadaş Dadaşov yaşadığı evin həyətində “Makarov” tipli tapança ilə qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.