“Bakcell” və “AFFA”dan “Bakcell Arena” ilə bağlı qərar

bakcell-ve-affadan-bakcell-arena-ile-bagli-qerar
Oxunma sayı: 863

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

Əldə edilmiş razılığa əsasən qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan “Bakcell Arena”da 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.

Təməli 2013-cü ildə qoyulmuş Bakcell və AFFA əməkdaşlığı çərçivəsində Azərbaycanda futbolun inkişafı üçün bir sıra mühüm layihələr həyata keçirilib. 2012-ci ildən 2018-ci ilə qədər “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım tərəfdaşı olmuş Bakcell daha sonra müxtəlif böyük və uzunmüddətli layihələr üzrə AFFA ilə əməkdaşlığa başlayıb, Azərbaycanın milli futbol komandalarının sponsoru olub.

Azərbaycanın gənclərinə daim dəstək olan Bakcell ölkədə idmanın inkişafına öz töhfəsini vermək məqsədilə AFFA ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirir