Bakı Ali Neft Məktəbi ilə Fransa Neft İnstitutu arasında- - memorandum

baki-ali-neft-mektebi-ile-fransa-neft-institutu-arasinda-
Oxunma sayı: 853


BANM rektoru E. Qasımov qonağa dəvətini qəbul edib Bakıya səfər etdiyinə görə öz minnətdarlığını bildirmiş, onu ölkəmizdə və ali məktəbdə görməkdən məmnunluğunu ifadə edib. 

E.Qasımov qeyd edib ki, bu gün də dövlət rəhbərlərinin həyata keçirdikləri doğru, uzaqgörən siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi, mədəni və digər əlaqələr inkişaf etməkdədir.

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeyə və Bakı Ali Neft Məktəbi ilə daimi əməkdaşlıq edən Fransanın “Total E&P Azərbaycan” şirkətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. 

Azərbaycana və Bakı Ali Neft Məktəbinə dəvət olunduğundan məmnunluğunu ifadə edən Fransa Neft İnstitunun (İFP) rektoru Filip Pinşon bildirib ki,, qloballaşan dünyadainkişafın əsas vasitələrindən biri müasir təhsil sistəminə və beynəlxalq təcrübəyə yiyələnməkdir. O fransa təhsil sisteminin dünya təhsil sistemindəki rolundan və əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Fransa Neft İnstitutu (İFP) olaraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazırdırlar.