Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb

baki-ve-sabirabad-sakinlerinden-silah-sursat-goturulub
Oxunma sayı: 878

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.