Bakıda 20 yaşlı oğlan ürəyindən bıçaqlandı

bakida-20-yasli-oglan-ureyinden-bicaqlandi
Oxunma sayı: 2299

Xətai rayonu Məhəmməd Hadi küçəsi 93 ünvanında 20 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirib ki, Təcili Tibbi Yardıma çağırış gecə 00:20 radələrində olub: "Təcili yardım həkimləri gələndə yaralının vəziyyəti çox ağır olub. Avtomobilə qoyub xəstəxanaya aparanda yolda dünyasını dəyişib".

Faktla əlaqədər Hüquq mühafizə orqanları araşdırmalara başlayıblar.

Günel Hacı