Bakıda 27 yaşlı oğlan mənzilində ölü tapıldı

bakida-27-yasli-oglan-menzilinde-olu-tapildi
Oxunma sayı: 1915

Paytaxtda 27 yaşlı oğlanın meyiti mənzilində tapılıb. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.