Bakıda 3 nəfər liftdə qalıb

bakida-3-nefer-liftde-qalib
Oxunma sayı: 1401

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.