Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb öldü

bakida-azyasli-5-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 1909

Paytaxtda azyaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan 1 yaş 9 aylıq Yejov German Andreyeviç eyvandan yerə düşüb.

O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Amma xəstəxanaya çox ağır vəziyyətdə gətirilən uşağı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.