Bakıda başına daş düşən gənc öldü

bakida-basina-das-dusen-genc-oldu
Oxunma sayı: 1336


APA-nın xəbərinə görə, 1991-ci il təvəllüdlü R.Hüseynov bu gün müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, iyulun 15-də Bakının Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən gənc oğlanın başına düşüb.