Bakıda Beynəlxalq İnşaat Sərgisi keçirilir

bakida-beynelxalq-insaat-sergisi-kecirilir
Oxunma sayı: 664

“BakuBuild” sərgisi ilə yanaşı, bir neçə əlaqədar mövzulu layihə də həyata keçirilir. Belə ki, III Beynəlxalq “Aqua-Therm Baku-2011”, IX “Caspian MebelExpo-2011”, IV “CİPS” sərgilərinin də açılışı olub.

Qeyd edək ki, bu il “BakuBuild” sərgisi “Bakı Ekspo” mərkəzinin üç pavilyonunda və xarici meydançasında təşkil olunub. Bu il tədbirə qatılan şirkətlərin 24%-i “BakuBuild” sərgisində ilk dəfədir ki, iştirak edir. 317 iştirakçı şirkətin üçdə birini isə Azərbaycan istehsalçıları və distribütorları təşkil edirlər. Onların ekspozisiya sahəsi sərginin ümumi sahəsinin 35%-ni təşkil edir. Eksponentlərin 50%-dən çoxu uzaq xarici ölkələri (Qərbi və Şərqi Avropa ölkələri, Türkiyə, Çin, Koreya, Küveyt, BƏƏ və s.), 15%-ə yaxın hissəsi isə MDB ölkələrini təmsil edir.

Nigar Məmmədli