Bakıda bina yanıb - 14 nəfər təxliyyə olundu

bakida-bina-yanib
Oxunma sayı: 644

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
 
"Qafqazinfo" FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyyə olunub.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.