Bakıda çimərlik havası...

bakida-cimerlik-havasi
Oxunma sayı: 640

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. İyunun 6-7-də eteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli