Bakıda daha bir gənc özünü asdı

bakida-daha-bir-genc-ozunu-asdi
Oxunma sayı: 1117


Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bünyadov küçəsi, 2578-ci məhəllə, döngə 93 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Fərid Zülfüqar oğlu Quliyev özünü asıb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.