Bakıda fəhlə faciəvi şəkildə öldü - Foto

bakida-fehle-facievi-sekilde-oldu
Oxunma sayı: 643

Bakıda fəhlə binadan yıxılaraq ölüb. 

“Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatına görə, hadisə Rixard Zorge küçəsində qeydə alınıb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılıb.

Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.