Bakıda Formula 2 pilotlarının yarışında qəza - Foto

bakida-formula-2-pilotlarinin-yarisinda-qeza
Oxunma sayı: 2659

Bakıda FIA Formula 2 pilotlarının ikinci yarışında qəza baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, “PERTAMINA PREMA Theodore Racing”dən indoneziyalı Şon Gelael döngələrdən birində idarəetməni itirərək bolidini təhlükəsizlik divarına çırpıb.

Ş.Gelael yarışı yarımçıq tərk etməli olub.

Qeyd edək ki, aprelin 27-dən Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçirilir.