Bakıda həbsdə olan futbolçunun cəzası azaldıldı

bakida-hebsde-olan-futbolcunun-cezasi-azaldildi
Oxunma sayı: 1612

İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, adıçəkilən şəxslər kafedə yeyib-içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib. 

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

Məhərrəm Məhərrəmov “İnter” komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il,  M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun icraatında olan prosesdə hökm dəyişdirilib. Onların ittiham edildiyi quldurluq maddəsi soyğunçuluq maddəsinə tövsif edilib. N.Məmmədovun cəzası 2 ilə, digərlərinki isə 3 il 6 ay müddətə endirilib. 

Murad Əhməd