Bakıda həmin günə hazırlıq başlayıb… - Video

bakida-hemin-gune-hazirliq-baslayib
Oxunma sayı: 2471

Üç gün sonra Azərbaycanın müstəqillik tarixinin unudulmaz günlərindən biri olan 20 Yanvar hadisəsinin 28 ili tamam olacaq. İllər ötdükcə müqəddəs məkan-Şəhidlər Xiyabanının ziyarətçilərnin sayı da bir o qədər artır.

Hər il olduğu kimi bu il də xiyaban matəm gününə bir neçə gün qalmış ziyarətçilər üçün hazırlanır. Xiyabanın girişi və səkilər minlərlə qərənfillə qırmızı rəngə boyanır.

Xiyabanda hazırlıq işlərinin yanvarın 19-dək yekunlaşdırılacağı və ziyarətə tam hazır hala gətiriləcəyi bildirilir.

20 Yanvar gününə hələ 3 gün qalsa da, ziyarətçilərin ardı-arası kəsilmir. Məktəbli, gənc, yaşlı, müxtəlif sənət sahibi olan insanlar əllərində qərənfillərlə buraya üz tutur.

Bir ad var ki, onlarla şəhid məzarı içində məktəblilər üçün daha doğma və tanışdır- Larisa…

Odur ki, ziyarətə gələn yüzlərlə uşaq bu məzarın qarşısında dayanmadan keçmir.

“Qafqazinfo” əməkdaşları 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində Şəhidlər Xiyananında olub, hazırlıqların gedişatı ilə maraqlanıblar:

Günel Hacı

Video: Pərvin Zeynal