Bakıda insident - Gənc oğlan güllələndi

bakida-insident
Oxunma sayı: 647

Bakıda gənc oğlan güllələnib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.