Bakıda külək dayanacağı dağıtdı - Foto + Yenilənib

bakida-kulek-dayanacagi-dagitdi
Oxunma sayı: 8836

Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.

“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, paytaxtın bəzi hissələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

***

Daha bir hadisə Babək prospektində baş verib. Belə ki, mebel mağazasının ön şüşələri küləyin gücündən sınaraq yerə tökülüb.

***

Bakı Nəqliyyat Agentliyinin əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.