Bakıda polislə gənclər dalaşdı - - Serjant bıçaqlandı

bakida-polisle-gencler-dalasdi-
Oxunma sayı: 3258


Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov parkında 1992-ci il təvəllüdlü İsmayılov Elşən Cəfər oğlu və 1990-cı il təvəllüdlü Xaçipur Şəhriyar Münasib oğlu xuliqanlıq hərəkətləri ediblər və parkda dondurma satan Nəcəfov Kamal Kazım oğlunu döyüblər. Nərimanov RPİ Post Patrul bölüyünün 5 əməkdaşı hadisə yerinə gələrək gəncləri intizama dəvət ediblər.

Lakin bu zaman tərəflər arasında dava-dalaş düşüb. X.Şəhriyar üzərindəki bıçaqla polislərə hücum edib və polis serjantı Paşayev Abasət Yusif oğlunu bıçaqlayıb.

Hər iki şəxs yaxalanaraq polis idarəsinə gətirilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.